Almaniyada dil kursları
- Murad Huseynov
- May 6, 2020
- 2 min read

◙ Program on German Application service (PIGAS) il boyu Almaniyanın müxtəlif şəhərlərində yüksək keyfiyyətli, geniş spektrli və sertifikatları ali məktəblər tərəfindən tanınan dil kurslarına qəbul elan edir.
◙ Peşəsindən və akademik məqsədindən, dili bilmə səviyyəsindən asılı olmayaraq, alman dili kurslarında hər kəs iştirak edə bilər. Almaniyada dil kurslarına yazılmaqla siz yalnız daha qısa müddətə daha yaxşı dil öyrənmiş olmursunuz. Həmçinin, kurs keçdiyiniz və yaxınlığındakı şəhərlərə, həftə sonu isə Hollandiya, Fransa, İsveçrə, Çexiya, Avstriya, Polşa, Danimarka kimi qonşu ölkələrə gəzintiyə çıxmaq imkanı əldə edirsiniz. Bundan başqa kursda müxtəlif millətlərdən olan insanlarla kontakt qurmaqla onların mədəniyyəti ilə tanış olub dünya görüşünüzü artırmaq şansı, dil öyrənərkən həm əylənmək, həm də bundan zövq almaq imkanı əldə edəcəksiniz.
◙ Almaniyada bir çox fakültələrdə tədris dili alman dilidir. Bundan başqa universitetə qəbul şərtlərindən ən başlıcası elə dili bilməkdir. Ona görə də, Almaniyaya gəlmək istəyən hər kəsin ilkin olaraq görməli olduğu iş bu dilə yiyələnməkdir. Əlbəttə ki, alman dilini böyük ehtimal öz ölkənizdə də öyrənmək olar. Ancaq Almaniyadakı kurslarda dil həm daha sürətli və həm də daha asan öyrənilir.
𝐀𝐥𝐦𝐚𝐧𝐢𝐲𝐚𝐝𝐚 𝐝𝐢𝐥𝐢 𝐨̈𝐲𝐫ə𝐧𝐦ə𝐲𝐢𝐧 𝟑 𝐛𝐚𝐬̧𝐥ı𝐜𝐚 𝐬ə𝐛ə𝐛𝐢:
𝐴𝑙𝑚𝑎𝑛 𝑑𝑖𝑙𝑖𝑛𝑖 𝑎𝑙𝑚𝑎𝑛𝑑𝑎𝑛 𝑜̈𝑦𝑟ə𝑛𝑚ə𝑘 𝑙𝑎𝑧ı𝑚𝑑ı𝑟. Siz burada alman dilini öyrədən ən yaxşı kurslarda təhsil alma imkanı əldə edirsiniz. Azərbaycandakı kurslarda hər nə qədər alman dili öyrədilsə də, ali təhsil üçün öyrədilən dil səviyyəsi gələcək tələbələri qane etmir, onların gələcəkdə çətinliklərlə qarşılaşmasına gətirib çıxarır. Almaniyadakı kurs müəllimlərinin özləri də alman olduqları üçün dili onlardan öyrənmək ən gözəl yoldur. Uzun illərdir ki, bu kurslar xaricilərin alman dilinin öyrənməsi üçün ən gözəl vasitədir və alman dilinin tədrisində peşəkardılar.
𝐷𝑖𝑙𝑖 𝑦𝑎𝑠̧𝑎𝑦𝑎𝑟𝑎𝑞 𝑜̈𝑦𝑟ə𝑛𝑖𝑛. Almaniyada kurs keçməklə siz nəinki kurs saatları ərzində, həm də gündəlik həyatda dili praktika etmiş olacaqsınız. Gündəlik həyatda ünsiyyətə girəcəyiniz almanlar bu dilin incəliklərini öyrənməyinizdə əvəzsiz rol oynayacaqlar.
𝑂̈𝑦𝑟ə𝑛ə𝑟𝑘ə𝑛 ℎə𝑚 𝑑ə ə𝑦𝑙ə𝑛𝑖𝑛. Dil kursu keçərkən yaşadığınız yerdə insanların mədəniyyətini, gündəlik yaşantılarını öyrənmiş olacaqsınız, dünya görüşünüzün formalaşmasında xaricdə yaşadığınız günlər əvəzsiz rol oynayacaq və unudulmaz bir təcrübə olaraq sizə çox faydası olacaqdır. Bundan başqa Almaniya Avropanın tam mərkəzində yerləşdiyindən və digər Avropa ölkələri ilə sərhədlərin tam açıq olması səbəbindən, siz asudə vaxtlarınızda Fransa, Hollandiya, Çexiya, Avstriya, İsveçrə, Polşa, Belçika kimi ölkələrə gəzintilərə çıxma imkanı əldə etmiş olacaqsınız.
Comments