top of page

Almaniyada doktorantura - PhD

  • Writer: Murad Huseynov
    Murad Huseynov
  • May 6, 2020
  • 4 min read


Almaniya beynəlxalq doktorantlara və tədqiqatçılara mükəmməl tədqiqat imkanları təklif edir. Universitetlər və digər ali məktəblər, dövlət və özəl tədqiqat institutları, eləcə də Alman Tədqiqat Birliyi (DFG) və Alman Akademik Mübadilə Xidməti (DAAD) kimi iri elmi dəstək fondları elm adamlarını iş yerləri və ya təqaüdlərlə təmin edirlər. Bundan başqa, tədqiqat yönümlü sənaye mərkəzlərində, kiçik və orta sahibkarlıq müəssisələrində də beynəlxalq tədqiqatçılar üçün maraqlı inkişaf imkanları mövcuddur. Bir çox müəssisələr tətbiqi tədqiqat və inkişaf üzrə universitetlər və tədqiqat institutları ilə yaxından əməkdaşlıq edirlər.


Hazırda Avropanın ən prestijli universitetlərindən olan alman universitetlərində doktorantura pilləsi üzrə təhsil almaq üçün böyük imkanlar yaranmışdır. Keçən il (2013) Avropa ölkələri arasında ən çox doktorluq dissertasiyası yazılan ölkə məhz Almaniya olmuşdur və bu ölkəyə olan axın artan sürətlə davam etməkdədir.


Almaniyada doktorluq pilləsinə qəbul üçün bir yox, bir neçə yol mövcuddur və bu dissertasiyanın mövzusundan, tədqiqat proyektindən, universitetin yaxud tədqiqat institutun növündən, fərdi və təşkilati öhdəliklərdən asılıdır. Ancaq prinsip cəhətdən hazırda Almaniyada mövcud olan doktorluq növlərini ənənəvi individual və getdikcə məşhurlaşan sistemləşdirilmiş doktorluq treyninqi (ingilis dilli ölkələrdəki olan sistemə oxşardır) adı altında 2 qrupa bölmək olar. Hazırda Almaniyada 500-dən çox doktorantura proqramı mövcuddur.


𝐍𝐢𝐲ə 𝐦ə𝐡𝐳 𝐀𝐥𝐦𝐚𝐧𝐢𝐲𝐚𝐝𝐚 𝐝𝐨𝐤𝐭𝐨𝐫𝐥𝐮𝐪?


𝐴𝑣𝑟𝑜𝑝𝑎𝑛ı𝑛 ə𝑛 𝑝𝑟𝑒𝑠𝑡𝑖𝑗𝑙𝑖 𝑢𝑛𝑖𝑣𝑒𝑟𝑠𝑖𝑡𝑒𝑡𝑙ə𝑟𝑖 – Demək olar ki, bütün sahələr üzrə Almaniyada doktorluq dissertasiyasını yazmağınız üçün geniş imkanlı universitetlər var. Alman universitetləri, xüsusən də son illərdə amerikan və ingilis universitetləri ilə reytinq cədvəllərindəki ilk 100-lükdə öz yerlərini almışlar. Dissertasiya yazan tələbələr, burada 100 milyonlarla avro dəyərində olan tədqiqat proyektlərinin üzvü olmaqla çox vacib üstünlüklər və fürsətlər əldə edirlər.


𝑇ə𝑑𝑞𝑖𝑞𝑎𝑡 𝑢̈𝑐̧𝑢̈𝑛 𝑚𝑢̈𝑘ə𝑚𝑚ə𝑙 𝑖𝑛𝑓𝑟𝑎𝑠𝑡𝑟𝑢𝑘𝑡𝑢𝑟– Mədəni və elmi tarixi min illərə dayanan Almaniyanın xarici tələbələr üçün əvəzsiz iş və tədqiqat şəraiti var: təxminən 8400 ictimai, 240 akademik kitabxana doktorantların xidmətindədir. Doktorantların çalışdığı proyektlər müxtəlif şirkətlər və qurumlar tərəfindən həmin araşdırma mərkəzlərinə təklif olunur və beləcə doktorantlar köhnə, lazımsız və məntiqsiz doktorluq dissertasiyaları yazmaqla vaxt keçirmək əvəzinə, müxtəlif proyektlərin araşdırmaçı işçiləri kimi fəaliyyət göstərirlər. Həmin firma və qurumlar Avropa üzrə ən çox Almaniyada fəaliyyət göstərirlər.


𝑌𝑎𝑥𝑠̧ı 𝑡ə𝑞𝑎𝑢̈𝑑 𝑣ə 𝑚𝑎𝑎𝑠̧ 𝑖𝑚𝑘𝑎𝑛𝑙𝑎𝑟ı – Siz doktorantura təhsili zamanı həm Almaniya dövlətindən, həm öz ölkənizdən (bir sıra dövlətlər Almaniyada doktorantura edənlərə müxtəlif dövlət stipendiya proqramları ilə stipendiya verir), həm də çox sayda olan müxtəlif vəqf və şirkətlərdən təqaüd yaxud maaş ala bilərsiniz. Məsələn DAAD (Alman Akademik Mübadilə Xidməti) 2008-ci ildə 2580 tələbəni tam, 2000 tələbəni isə hissəvi təqaüdlə təmin etmişdir.


𝐵𝑒𝑦𝑛ə𝑙𝑥𝑎𝑙𝑞 𝑠𝑖𝑠𝑡𝑒𝑚 – Almaniyada artıq beynəlxalq doktorantura sistemi mövcuddur və demək olar ki, hər sahə üzrə doktorluq dissertasiyanızı ingilis dilində yaza bilərsiniz.


𝑌𝑢̈𝑘𝑠ə𝑘 𝑦𝑎𝑠̧𝑎𝑚 𝑟𝑖𝑓𝑎ℎı – Almaniya bilindiyi kimi, “Land of Ideas” (ideyalar ölkəsi) kimi, ad qazanıb. Bu, ancaq bildiyimiz “Made in Germany” söz birləşməsinin təmsil etdiyi alman keyfiyyətinə görə yox, həm də bu ölkənin “yazıçılar və düşünürlər ölkəsi” olması ilə bağlıdır. Almaniyanın zəngin mədəniyyəti hər il 20 milyon turisti özünə çəkir.


𝐃𝐨𝐤𝐭𝐨𝐫𝐚𝐧𝐭𝐮𝐫𝐚 𝐧𝐨̈𝐯𝐥ə𝐫𝐢


Ə𝑛ə𝑛ə𝑣𝑖 𝑖𝑛𝑑𝑖𝑣𝑖𝑑𝑢𝑎𝑙 – Almaniyanın ənəni doktorantura sistemidir. Baxmayaraq ki, son illərdə sistemləşdirilmiş beynəlxalq sistemə keçid başlayıb, yenə də bu növdəki doktorantura proqramlarının sayı üstünlük təşkil edir. Burada əsasən alman dilində tədris aparılır və professorun başlığı altında individual olaraq işlənilir. İstənilərsə, digər doktorantlarla da işləmək imkanı var, lakin doktorantların işinin böyük hissəsi individial həll olunur. Doktoranturanın müddəti sizdən asılıdır, 3-5 il arası davam edə bilər.


𝑆𝑖𝑠𝑡𝑒𝑚𝑙ə𝑠̧𝑑𝑖𝑟𝑖𝑙𝑚𝑖𝑠̧ 𝑑𝑜𝑘𝑡𝑜𝑟𝑙𝑢𝑞 – Burada təhsil hər iki dildə, ingilis və alman dillərində mümkündür. Bu sistem beynəlxalq sistemə uyğundur. Burada doktorantlar bir proyekt üzərində birlikdə işləyirlər və üstlərindəki aparıcı mütəxəssisə bağlıdırlar. Proyektlər əsasən 2-3 il davam edir.


𝐊𝐢𝐦𝐥ə𝐫 𝐝𝐨𝐤𝐭𝐨𝐫𝐚𝐧𝐭𝐮𝐫𝐚 𝐞𝐝ə 𝐛𝐢𝐥ə𝐫𝐥ə𝐫?


Doktoranturaya qəbul olmaq üçün əsas şərt Bakalavr və magistratura təhsili almış olmaqdır. Bəzi istisna hallarda, çox qabiliyyətli müraciətçiləri yalnız Bakalavr təhsili ilə də qəbul edirlər. Bundan başqa alman, yaxud ingilis dilini bilmək lazımdır.


𝐃𝐨𝐤𝐭𝐨𝐫𝐚𝐧𝐭𝐮𝐫𝐚 𝐢𝐦𝐭𝐚𝐡𝐚𝐧ı


Doktorluq imtahanına buraxılmağın əsas şərti tam dolğun, lazımi formal qaydalara uyğun yazılmış olan elmi işdir. Elmi işi yazmaq təxminən doktorantların ən azı 1 ilini alır. Elmi işi almanca doktorantura oxuyanlar ingiliscə, yaxud fərqli dillərdə də yazmaq olar (məs.rus). Bunu doktoranturaya başçılıq edən professorla danışmaq lazımdır, onun bildiyi dillərdən biri olmalıdır. Elmi iş hazırdırsa doktorantlar şifahi imtahan edilirlər. Şifahi imtahanın bir sıra növləri var və bu da universitetdən və şöbədən asılı olaraq dəyişir. Son olaraq şifahi imtahanı da keçənlərə doktorluq titulu o zaman verilir ki, onun elmi işi haradasa nəşr olunub elm cəmiyyəti tərəfindən qəbul olunsun. Elmi işi həm kitab şəklində, həm də elmi jurnallarda məqalələr şəklində nəşr etdirmək olar. Elə doktorantlar var ki, prestijli Nature jurnalında yalnız 1 məqaləsi çıxmaqla bütün imtahanlardan azad olunaraq bir başa doktorluq titulu alıblar.


𝐃𝐨𝐤𝐭𝐨𝐫𝐚𝐧𝐭𝐮𝐫𝐚 𝐮̈𝐜̧𝐮̈𝐧 𝐭ə𝐪𝐚𝐮̈𝐝𝐥ə𝐫


Almaniyanın ən üstün cəhəti burada gözəl stipendiya imkanlarının olmasıdır. Bir çox hallarda doktorantura edənlərə proyekti aparan qurum tərəfindən 1000-1500 avro arası stipendiya, yaxud maaş (2500 - 3000avro) ayrılır. Bəzi doktorantura növləri isə maaşsızdır. Bu zaman DAAD-a stipendiya üçün müraciət etmək olar. Bakalavr və master qiymətləri yaxşı olanlar problemsiz stipendiya qazanırlar.


𝐀𝐥𝐦𝐚𝐧𝐢𝐲𝐚𝐝𝐚 𝐝𝐨𝐤𝐭𝐨𝐫𝐚𝐧𝐭𝐮𝐫𝐚 𝐭ə𝐡𝐬𝐢𝐥 𝐚𝐥𝐦𝐚𝐪 𝐯ə 𝐲𝐚 𝐭ə𝐝𝐪𝐢𝐪𝐚𝐭 𝐚𝐩𝐚𝐫𝐦𝐚𝐪 𝐮̈𝐜̧𝐮̈𝐧 𝐦ə𝐧 𝐡𝐚𝐧𝐬ı 𝐝𝐢𝐥𝐢 𝐛𝐢𝐥𝐦ə𝐥𝐢𝐲ə𝐦?


Almaniyada alman və ingilis dillərində təhsil almaq və tədqiqat aparmaq mümkündür. Almaniyada bir sıra ixtisas sahələri mövcuddur ki, burada oxumaq üçün alman dili bilikləri tələb olunmur. Siz www.study-in.de, www.daad.de/international-programmes , www.hochschulkompass.de səhifələrində alman və ingilis dilli ixtisaslar üçün axtarış apara bilərsiniz. DAAD-Datenbank für Internationale Programme səhifəsində siz Almaniyada ingilis dilində təklif olunan bakalavr, magistr və doktorantura proqramları haqqında məlumat ala bilərsiniz. Həmçinin www.study-in.de səhifəsində ingilis dilli ixtisaslar haqqında məlumat var.

Recent Posts

See All
Almaniyada təhsil haqqında

Almaniyada təhsilin gözəl üstünlüklərindən biri də odur ki, istənilən universitetə, Hochschule və ya Fachhochschule`yə qəbul olmaq üçün...

 
 
 

Comments


Yuxarıya get

Təşəkkürlər!

Site was made by Murad. Müəllif hüquqları qorunur! ©  2020

bottom of page