Almaniyada Təqaüd
- Murad Huseynov
- May 6, 2020
- 1 min read

Təqaüd qazanmaq bir o qədər də asan olmasa da, mümkünsüz də deyil. Bunun üçün yaxşı qiymətlər, yüksək bilik, motivasiya və əlbəttə ki, azacıq şansa ehtiyac var. Almaniyanın ən məhşur təhsil stipendiya proqramlarından biri DAAD (100% xərcləri qarşılayan təqaüd) -dir.
Minimal məbləğ 300 avrodur. Fərqli proqramlarda bu məbləğ 650-1000 avro civarındadır. Musiqiçilər, idmançılar və yaradıcı şəxslər üçün fərqli stipendiyalar mövcuddur.
Stipendiya qazandığın təqdirdə bank hesabı açmağa ehtiyac qalmır. Həmin rəsmi sənədi digər sənədlərlə bir yerdə Almaniya səfirliyinə təqdim etməklə Bank hesabı açmaqdan azad edilirsən. Həmin rəsmi sənəddə bu qazandığın proqram sənin təhsil haqqını ödəyəcəyinə dair zəmanət verir.
Comments