top of page

Mənim viza müraciətimə rədd cavabı verilmişdirsə mən nə edə bilərəm?

  • Writer: Murad Huseynov
    Murad Huseynov
  • May 6, 2020
  • 1 min read


Sizin ərizənizə verilən rədd cavabının səbəbləri ilə imtina cavabı vərəqəsini oxumaqla tanış ola bilərsiniz.


İmtina cavabı


İmtina cavabı aldığınız təqdirdə bu qərara qarşı etirazınızı məlumatı aldığınız vaxtdan etibarən bir il ərzində bildirə bilərsiniz. Etiraz məktubunuzu faks, email ilə və ya əslini səfirliyə göndərə bilərsiniz. Məktubda Sizin şəxsi məlumatlarınız qeyd olunmalıdır ki, məktubun hansı ərizəyə aid olduğu təyin edilə bilsin. Məktubda Siz həmçinin bildirməlisiniz ki, imtina cavabının səhv qərar hesab etdiyinizi nə ilə əsaslandırırsınız. Fikir verin ki, məktub imzalanmış olsun. Xahiş edirik viza verilməsi üçün xeyirli olduğunu hesab etdiyiniz əlavə sənədləri də məktuba əlavə edin. Məktub alman, ingilis, rus və ya azərbaycan dillərində yazıla bilər.


Sizin etiraz məktubunuz səfirliyə daxil olduqdan sonra Səfirlik viza ərizənizi yenidən yoxlayacaqdır. Etiraz ərizəsi xronoloji ardıcıllıqla işlənilir və bir qayda olaraq həftələrlə davam edir.


Etiraz məktubu ilə yanaşı yeni ərizə ilə viza üçün müraciət etmək və ya Berlindəki inzibati məhkəmədə iddia qaldırmaq imkanı da vardır. Əgər artıq etiraz ərizəsini yazmısınızsa, onun işlənməsi viza üçün yenidən müraciət edilən kimi dərhal dayandırılacaqdır.

Recent Posts

See All

Commentaires


Yuxarıya get

Təşəkkürlər!

Site was made by Murad. Müəllif hüquqları qorunur! ©  2020

bottom of page