top of page

Sığorta

  • Writer: Murad Huseynov
    Murad Huseynov
  • May 6, 2020
  • 1 min read

Siz Almaniya Universitetlərində təhsilinizə icbari tibbi sığorta olmadan başlaya bilməzsiniz. Hər tələbə mütləq olaraq bir şirkət tərəfindən sığortalanmalıdır. (Mənim etdirdiyim sığorta şirkəti AOK - hər checkup üçün məənə ayrıca pul verirlər =D və nə qədər çox piyada gəzsəm mobile APP sayəsində yenə pul qazanıram)

----------------------------------------------------

Sığortalanmış şəxslərin hüquqları və vəzifələri.

----------------------------------------------------

Müqaviləni imzaladığınızdan bir neçə həftə sonra sizə poçt vasitəsi ilə "Versichertenkarte" göndəriləcək. Bu kart sizin Almaniyada yerləşən demək olar ki, hər bir tibb ocağında tibbi yardım ala bilməyiniz üçün çoxvacibdir. Hər dəfə həkim yanına getdiyinizdə, siz bu kartı onlara təqdim etməlisiniz. Həmin kartın üzərində sizin haqqınızda (adınız, soyadınız, adress, doğulduğunuz tarix və s.) və həmçinin sizin keçirdiyiniz xəstəliklər barədə məlumatlar göstərilir.

----------------------------------------------------

Həkim yanına getdikdən sonra ödəniş haqqında narahat olmağa dəyməz. Tibbi müəssisə hesabı birbaşa sizin sığorta şirkətinizə yollayacaq.

----------------------------------------------------

Həkim və tibbi müəssisəni siz özünüz seçirsiniz və sığorta şirkəti heç bir məsuliyyət daşımır.

----------------------------------------------------

Həkimləri siz seçirsiniz, lakin seçdiyiniz həkim sizi başqa bir mütəxəssisin yanına göndərə bilər. Sığorta şirkətinin hesabına siz hər ay və kvartalda bir dəfə ödəniş edirsiniz. Təxminən icbari sığortanın aylıq ödəniş haqqı € 104,50.

Recent Posts

See All

Comments


Yuxarıya get

Təşəkkürlər!

Site was made by Murad. Müəllif hüquqları qorunur! ©  2020

bottom of page