top of page

Almaniyada Bakalavr təhsili

  • Writer: Murad Huseynov
    Murad Huseynov
  • May 6, 2020
  • 1 min read




𝐀𝐥𝐦𝐚𝐧𝐢𝐲𝐚𝐝𝐚 𝐛𝐚𝐤𝐚𝐥𝐚𝐯𝐫 𝐭ə𝐡𝐬𝐢𝐥𝐢


Almaniyada təhsilin sizin ən yaxşı qərarlarınızdan olması üçün çoxlu səbəblər vardır. Almaniyada 380-ə yaxın universitet və tətbiqi yönümlü ali məktəblər (Fachhoschulen) mövcuddur ki, özünün uzunmüddətli ənənəsi və yüksək akademik səviyyəsi ilə çox yaxşı nüfuza malikdir. Alman universitetləri texniki cəhətdən çox yaxşı təşkil olunmuş laboratoriyalarla yanaşı, həmçinin zəngin kitabxanaya malikdirlər.


𝐗ə𝐫𝐜𝐥ə𝐫


Almaniyada əldə edəcəyiniz keyfiyyətli təhsil digər ölkələrlə müqayisədə çox sərfəlidir. Burada dövlət sektoruna aid olan əksər universitetlərdə bir çox ixtisaslar üzrə təhsil ödənişsizdir.


Siz aylıq xərciniz üçün təqribən 800 Avro hesablamalısınız ki, buraya qidalanma, qalma və sığorta xərcləri də daxildir. Hazırda Azərbaycan üzrə DAAD-nin bakalavr təhsili üçün təqaüd təklif etmədiyinə baxmayaraq Almaniyada təhsil almağa dəyər. Çünki siz digər ölkələrlə müqayisədə çox az xərclə yüksək təhsil ala bilərsiniz.


𝐓ə𝐥ə𝐛𝐥ə𝐫


Prinsipcə alman universitetləri aşağıdakı şərtlərdən ən azı birini tələb edir:


- Əgər siz nə alman məktəbində oxumuş, nə də Abitur (Almaniyada buraxılış imtahanı) etmisinizsə, təhsilinizdən öncə bir il davam edən və adətən ödənişsiz olan hazırlıq kursu keçməlisiniz. Qeyd olunan hazırlıq kursu Studienkolleg adlanır. Studienkolleg haqqında səhifəmizdə və Studienkollegs.de səhifəsində ətraflı məlumat əldə edə bilərsiniz.


- Bundan əlavə siz yüksək alman və ya ingilis dil biliklərinə sahib olmalısınız (alman dili üzrə C1 dil səviyyəsi). Bakalavr üzrə alman dilli proqramlar çoxluq təşkil edir. Siz həmçinin müəyyən ixtisaslar üzrə ingilis dilində də təhsil ala bilərsiniz.


𝐍𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐦ə𝐫𝐡ə𝐥ə:


- Aşağıda qeyd olunmuş axtarış səhifələri vasitəsilə Almaniyada bakalavr ixtitsasları barədə məlumat əldə edə bilərsiniz. Əgər sizi hər hansı bir proqram maraqlandırarsa, bu zaman universitetin tələblərinə uyğun olub olmadığınızı yoxlayın.

study-in.de

hochschulkompass.de

daad.de/international-programmes

Recent Posts

See All
Almaniyada Təhsil pillələri

1. Bakalavr (Bachelor) Bakalavr təhsili ilk ali təhsil pilləsi olaraq Almaniyada 3-4 il davam edir, yığılacaq kreditlərin miqdarı isə...

 
 
 
Almaniyada təhsil haqqında

Almaniyada təhsilin gözəl üstünlüklərindən biri də odur ki, istənilən universitetə, Hochschule və ya Fachhochschule`yə qəbul olmaq üçün...

 
 
 

Comments


Yuxarıya get

Təşəkkürlər!

Site was made by Murad. Müəllif hüquqları qorunur! ©  2020

bottom of page