Almaniyada Təhsil pillələri
- Murad Huseynov
- May 6, 2020
- 1 min read
1. Bakalavr (Bachelor)
Bakalavr təhsili ilk ali təhsil pilləsi olaraq Almaniyada 3-4 il davam edir, yığılacaq kreditlərin miqdarı isə 180-240 civarında dəyişilir (semestrə 30 punkt). Alman universitetlərində 2 növ bakalavr təhsili mövcuddur: Bachelor of Science və Bachelor of Arts. Bu növlərin aralarında olan yeganə fərq odur ki, Bachelor of Arts daha praktika yönümlüdür və əsasəndə Hochschule və Fachhochschule`lərde tətbiq olunur. Bachelor of Science isə daha çox qocaman universitetlərdə tədris edilir və tamamilə nəzəri biliklərin öyrədilməsi təmin edir.
2. Maqistratura (Master)
Almaniyada maqistratura təhsilinə başlamaq üçün yeganə tələb bakalavr diplomunun və dil biliyinin olmasıdır. Maqistratura təhsili 1.5-2 il davam edir və təhsil dövrü ərzində 60-120 kredit yığmağın gərəkdir. Ümumilikdə isə maqistratura pilləsini uğurla başa vurmaq üçün tələbə bakalavr və maqistratura pillələrində ümumi olaraq ən azı 300 kredit yığmalıdır. Magistratura pilləsinə sənəd vermək üçün tələbənin bakalavr təhsilini tamamlamağı şərt deyil. Əgər sən bakalavr təhsilində toplamalı olduğun kreditlərin 80%-ı uğurla başa vurmusansa transkriptini göndərərək maqistraturaya şərtli qəbul ala bilərsən. Sənə məzun olduğunu təsdiq edən sənədi, yəni diplomu universitetə göndərdikdən sonra əsl qəbul veriləcəkdir. Verilən tarixə qədər sən məzun olduğunu təsdiq edən sənədi göndərməsən şərtli qəbulun ləğv ediləcəkdir (Hər universitetə aid deyil).
Comments