Almaniyada Magistr təhsili
- Murad Huseynov
- May 6, 2020
- 1 min read

Almaniyada təhsil sizin ən yaxşı qərarlarınızdan olması üçün çoxlu səbəblər vardır. Siz Avropanın digər ölkələri ilə müqayisədə daha sərfəli olan dünya şöhrətli Alman universitetlərdə oxuya bilərsiniz. Almaniyanın bir çox dövlət universitetlərində əksər proqramlar üzrə təhsil ödənişsizdir.
𝟏. 𝐀𝐥𝐦𝐚𝐧𝐢𝐲𝐚𝐝𝐚 𝐦𝐚𝐠𝐢𝐬𝐭𝐫 𝐭ə𝐡𝐬𝐢𝐥𝐢𝐧𝐢 𝐧𝐞𝐜ə 𝐚𝐥𝐚 𝐛𝐢𝐥ə𝐫ə𝐦?
Almaniyada magistr təhsilinə başlamaq üçün siz tələb olunan müəyyən şərtlərə cavab verməlisiniz. İlk öncə siz artıq bakalavr və ya ona bərabər olan ilk təhsilinizi bitirmiş olmalısınız. Azərbaycanda əldə etdiyiniz bakalavr diplomunun Almaniyada təhsil üçün keçərli olduğunu haqqında məlumatı Anabin portalından (yalnız almanca) əldə edin.
Almaniyada magistr təhsili ixtisasdan və universitetdən asılı olaraq 2-4 semestr davam edir. Ali məktəblərin qəbul şərtləri ilə seçdiyiniz ali məktəbin rəsmi internet səhifəsində tanış ola bilərsiniz. Universitetlərə müraciət isə seçdiyiniz universitetin seçimindən asılı olaraq birbaşa və ya Uni-assist vasitəsilə həyata keçirilir.
𝟐. 𝐀𝐥𝐦𝐚𝐧𝐢𝐲𝐚𝐝𝐚 𝐡𝐚𝐧𝐬ı 𝐝𝐢𝐥𝐝ə 𝐦𝐚𝐠𝐢𝐬𝐭𝐫 𝐭ə𝐡𝐬𝐢𝐥𝐢 𝐚𝐥𝐚 𝐛𝐢𝐥ə𝐫ə𝐦?
Siz Almaniyada həm alman, həm də ingilis dilində təhsil ala bilərsiniz. Ali məktəblər sizin seçiminizdən asılı olaraq dil biliklərinizi təsdiq edən sertfikat tələb edirlər. Ali məktəbin dil tələbi ilə seçdiyiniz ali məktəbin rəsmi internet səhifəsində tanış ola bilərsiniz.
𝟑. 𝐓ə𝐪𝐚𝐮̈𝐝 𝐡𝐞𝐬𝐚𝐛ı𝐧𝐚 𝐦𝐚𝐠𝐢𝐬𝐭𝐫 𝐭ə𝐡𝐬𝐢𝐥𝐢 𝐚𝐥𝐚 𝐛𝐢𝐥ə𝐫ə𝐦𝐦𝐢?
Magistr təhsilinizi maliyyələşdirmək üçün DAAD təqaüdündən yararlana bilərsiniz. DAAD master təhsili üçün müxtəlif təqaüdlər təklif edir. Siz bakalavr təhsilinizin son kursunda təhsil alarkən DAAD Master təqaüdünə müraciət edə bilərsiniz.
P.S.: Aşağıda qeyd olunmuş axtarış səhifələri vasitəsilə Almaniyada master ixtitsasları barədə məlumat əldə edə bilərsiniz. Əgər sizi hər hansı bir proqram maraqlandırarsa, bu zaman universitetin tələblərinə uyğun olub olmadığınızı yoxlayın:
- study-in.de
- hochschulkompass.de
- daad.de/international-programmes
댓글