Bank Hesabı
- Murad Huseynov
- May 6, 2020
- 1 min read

Dostlar bəzilərimiz hələ də Fintiba nə olduğunu anlamır. Fintiba bank kimi sizə xidmət etməyəcək. Yəni fintibanın heç yerdə bankomatı və kartı yoxdur ki, pul çəkəsiniz. Fintiba sizin bank hesabınızdır. Siz Alman ev ünvanınızı (daimi ünvanınız olmasa belə hansısa yataqxananın adresini daxil edin) və Aldığınız Visanı portala yüklədikdən sonra Voucher göndərəcək son təsdiq üçün. Siz çap edirsiniz o 1 səhifəlik sənədi və bunu ərazi üzrə Almaniyada poçta yaxınlaşıb göndərəcəksiniz (ödənişsizdir). Sonra siz Rathausda evinizi qeydiyyatdan keçirdəndən sonra, Auslanderbehörderdə (Miqrasiya idarəsində) qeydiyyatdan keçdiyinizdən sonra sizə TAX-İD verəcəklər məktub ilə ev adresinizə göndəriləcək. Bu tax-İD və digər sənədlərlə siz yaxınlaşıb ya Deutsche Bankda və ya Sparkasse və ya istədiyiniz banka yaxınlaşıb pulsuz hesab açılacaq ki, kartdan istifadə edəsiniz. Və sizə İBAN və BİC kodu veriləcək ki, gəlib Fintiba saytında onu yazacaqsınız ki, ayda 715 avro bu hesabıma köçürt. Deutsche Bankda hesab açılıb "maestro card" evinizə 2həftəyə göndəriləcək. Deməli yekun olaraq. Fintiba sizə Cloud Virtual Bankçılıq edir. Amma bu pulu çəkmək üçün Almaniyada yeni bank hesabı açdırırsınız (pulsuzdur) və bu yeni bank hesabının məlumatlarını Fintiba saytında qeyd edirsiniz təsdiq edirlər 1gün çəkir və hər ay Fintiba sizin yeni açdığınız hesaba pulunuzu göndərir. Məlumat üçün ilk açdığınız andan etibarən Fintiba ilk 2 ayın pulunu birbaşa göndərəcək sizə =) Paylaşın Fintiba bankomatı axtarmayasınız.
Comments