top of page

Diqqət! Mənimlə əlaqə saxlamaq üçün

  • Writer: Murad Huseynov
    Murad Huseynov
  • May 6, 2020
  • 2 min read

1) Dostlar bir az diqqətli olaq. Baxın mən izə köməklik edirəm siz mənə nəsə bir sual soruşanda düşünməyin ki, qarşılıq verməlisiniz. Pul belə təklif edən var çoxsağolun ama mən bunu təmənnasız edirəm (qonaqlıq və pul təklif etməkdən çəkinək zəhmət olmasa! əmin olun ki, bunu davamlı olaraq edən insanlara kömək etməyəcəm). Öz başıma gəlib deyə çalışıram bölüşüm ki, siz daha diqqətli olasınız (ölkədən ilk dəfə kənara çıxan biri olaraq).


2) Almaniyaya gələcək olan insanlar gəldiniz çatdınız məsləhətdir ki, ilk olaraq pre-paid nömrə alasınız. Mənim nömrəm Telekomdur (T mobile) və adətən tariflər eyni olur. Nömrə sizə hər yerdə lazım olacaq bütün qeydiyyat prosesində mütləq nömrənizi göstərməlisiniz. Həm də internet paketinizi Google Map istifadə edin. Yaşayacağınız yerləri gps qoşaraq gedin (bəzən bütün məhlələr sizə tanış gələ bilər aza bilərsiniz - müvəqqəti olaraq offline rejimlərini yükləyin). Belə qərara gəldim ki, gəlib düşdünüz başınızı itirdiniz o cəmiyyət shockunu yaşadınızsa nə edəcəyinizi bilmirsizsə səhifənin inboxuna yazın kömək edim, demək olar ki, hər an online oluram. Ən pis halda əlaqə nömrəmi verəcəm birlikdə öhdəsindən gələcik. Çıxılmaz vəziyyət yoxdur, sadəcə müvəqqətidir və olmasa maraqsız olar. Çətinliklərə özünüzü hazırlayın psixoloji və fiziki olaraq özünüzü daima positivə kökləyin. İlk aylarda "evdə oturub çölə çıxmayım" kimi stressli anlayışlarından uzaq olun çalışın ətrafınıza qrup yoldaşlarınızdan tutmuş yuxarı semester international və ya local tələbələrinə qaynayıb qarışın ki, bir-biriniz ilə əlaqə saxlaya biləsiniz. Almaniyaya 0dan ölkə olaraq gəlirsiniz anlaşılandır ki, yeni böyük şəhər sindromu var. Siz nəqədər boş vaxtınızda küçələri gəzib tanısanız o qədər yaxşıdır ki, lazım olanda hərşeyin yerini tapa biləsiniz. Evdə oturduqca günlərlə çölə çıxmamaq istəyə bilərsiniz bu şəhərin sizin üzərinizdə olan psixoloji basqısıdır. Ən azı hər gün çölə çıxın marketlərə gedib araşdırın. Özünüzdən muğayat olun! - PAYLAŞAQ və ya Dostlarımızı commentə TAG edək hər kəs faydalansın. =)

Recent Posts

See All

Opmerkingen


Yuxarıya get

Təşəkkürlər!

Site was made by Murad. Müəllif hüquqları qorunur! ©  2020

bottom of page