Kiril əlifbası ilə yazılan mətni Latın əlifbasına çevirmək
- Murad Huseynov
- May 6, 2020
- 1 min read

Azərbaycan dilində Anar Samadovun hazırladığı və başlıqdan da göründüyü kimi mövzu kiril əlifbası ilə yazılan mətnlərin latın əlifbasına çevirilməsidir.
Gördüyüm şahid olduğum qədəri ilə dövlət qurumlarının əksəriyyətində hal-hazırda kiril əlifbası ilə mətnlər yazılır və A1 Lat, A3 Arial AzLat şriftləri ilə latın əlifbası kimi göstərilib çap etdirilir. Yəni əslində bir problem yoxdur. Kiril (klaviaturadaki rus şriftləri ilə) əlifbası ilə yazırsınız və latın əlifbası ilə görüntüləyirsiniz. Ancaq diqqət etdikdə görmək olar ki, şriftlər çox bərbad formada görünür. Bundan başqa həmin sənədi latın hərfləri ilə yazan birinə göndərdikdə əziyyət çəkir. Bir-bir həmin hərfləri latın hərflərinə çevirməli olur. Elə bu əməliyyatda çətinlik olmaması üçün aşağıdaki videonu paylaşmaq istədim. Latin.az saytında paylaşılan convert.bas faylını istifadə edərək çox asanlıqla kirilcə tərtib edilmiş mətni, birdəfəlik latın əlibası hərflərinə çevirərək istifadə edə bilərsiniz.
Comments