top of page

Konsulluğa təqdim olunmalı sənədlər barədə

  • Writer: Murad Huseynov
    Murad Huseynov
  • May 6, 2020
  • 2 min read


Dostlar səfirliyə təqdim edəcəyiniz sənədlərlə bağlı yazacam bu dəfə. Çalışın sizin indiki fəaliyyətinizlə üst-üstə düşsün sənədlər. Dürüst olun sənədlərdə, yəni düşünürsüz ki, master oxumusunuz Azərbaycanda, amma sənədlər içində göstərməyim qoy bakalavr bilsinlər ki, Almaniyada master oxuyacam. CV-də isə master oxumağınız barədə məlumat qalsın deyə birşey etməyin. Çalışın sinxron olsun sənədləriniz. CVdə filan yerdə işləmişəm yazmısınızsa, referans kimi onu da mütləq göstərin. Çünki sizə məsələn sual verəcək ki, 2016-cı ildən bəri nə etmisiniz? fəaliyyətiniz nə olub. Qayıdıb cavab verəndə "Magistr oxuyurdum" deyib sonra sənədlərdə göstərməmisinizsə bu problem yaradacaq. Çalışın dürüst olun və sənəd siyahısına mütləq baxın. Motivasiya məktubu isə mütləq və mütləq alman dilində olmalıdır (diskussiya etməyə gərək olmayan mövzudur). Dil sertifikatı məsələn İELTS - kopyası adi kağız ola bilər heç bir tərcümə təsdiq ehtiyyac yoxdur onsuzda ehtiyac olsa unikal kodunu sistemə vurub baxa bilirlər əsl balınızı. Oxuyacağınız universitetin adını və ixtisasınızın adını mütləq bilin. Suallara daha təbii cavab verin. Fikirləşmədən özünüzə əmin cavablar verməyə çalışın. Sual verə bilər ki, "niyə Almaniya? Ölkəyə qayıtmaq kimi fikriniz varmı? Çoxsu çəkinir deyir ki, hə qayıdacam mütləq zad bla bla bla" narahat olmayın bu şengen visa deyil ki, mütləq belə kövrək cavablar verəsiniz. Unutmayın "Milli Visa" üçün müraciət edirsiniz. Qayıtmaq fikriniz varsa qayıdacam deyin yoxdursa "şanslarımı dəyərləndirmək istərdim gələcəkdə" deyə cavablar verə bilərsiniz. Diplomunuza baxıb sizə neçənci ildə bitirmisiniz hansı ixtisas. Hansı fənnləri oxumusunuz niyə bu ixtisas kimi suallar verilə bilər sadəcə hazır olun qəlizləşdirməyin təbii ki, keçdiyiniz ixtisasınızla bağlı 3-4 fənnin adını yadınıza salsanız kifayət edər. Kim tərəfindən maaliyyələşdirilirsiniz? Ailəm desəniz daha yaxşı olar çünki əlavə sual gəlməsin =D Lap özünüz qazanmısınız orda dikbaşlıq eləmək ehtiyyac yoxdur. Sizə əsas visa almaq lazımdır =D Hamınıza uğurlar səfirliyin ciddi qurum olduğunu nəzərə alıb kifayət qədər sənədlərinizə ciddi yanaşın ki, sonra narazı qalmayasınız proses uzandı deyə. Hər bir sənəd yerindədirsə vaxtı vaxtında səfirliyə təqdim edirsinizsə 21 iş günü (21 gün yox 21 iş günü) müddətində Visanızı alacaqsınız (Bakalavr və Master tələbələrinə aiddir 21 iş günü). Özünüzdən muğayat olun! Uğurlar! Hər hansı bir qaranlıq yerləri səhifənin inboxuna və ya mənə birbaşa yazmaqla öyrənə bilərsiniz! - PAYLAŞAQ və ya termini olacaq insanları şərh bölməsinə TAG edib kömək edək =)

Recent Posts

See All

Comments


Yuxarıya get

Təşəkkürlər!

Site was made by Murad. Müəllif hüquqları qorunur! ©  2020

bottom of page