Mövsümi çölə buraxılan əşyalar
- Murad Huseynov
- May 6, 2020
- 1 min read

Belə bir qeyd edim dostlar. Almaniyada adətən ilin hər vaxtı görəcəksiniz insanlar əşyalarını çıxardıb qapılarının çölünə qoyublar və ya küçədə sahibsiz əşya kimi dayanıblar. Narahat olmayın sizə lazım olan əşyaları tapa bilərsiniz. Praktikada bir neçə dəfə tava qazan və digər əşyalar tapdığımız və təbii ki, gözəl təmizlikdən sonra istifadə edirik. Hətta çox zaman təzə yeni heç istifadə edilməmiş və çox vaxt az istifadə edilmiş əşyalar olur. Onlar da başa düşür ki, bunu ehtiyacı olan tələbələr və ya digər insanlar götürəcək deyə təmizləyib qoyurlar küçələrə, əgər "pis günündə" olan mallarını zibilə atırlar =) Yəni siz gecənin bir günü yolunuza kreslo, döşək görsəniz rahat götürüb aparıb istifadə edə bilərsiniz. Bu əlavə xərclərdən sizi xilas edəcək həm də bu yolla siz də sizə lazım olmayan əşyaları çıxardıb küçəyə qoya bilərsiniz. Ehtiyyacı olanlar mütləq götürəcəkdir. Siz bunu etsəniz sizə küçədə heç kəs baxıb "gülməyəcək" çünki bu bir adətdir və onlar üçün normal qəbul edilib. =)
Comments