top of page

Poçt qutusuna adınızı yazmağı unutmayın!

  • Writer: Murad Huseynov
    Murad Huseynov
  • May 6, 2020
  • 1 min read


Almaniyadan qəbul alıb köçməkdə olan tələbələr diqqətli olun! Qalacağınız ev addresinizi istənilən qurumda qeyd etdikdən sonra onlardan məktublar alacaqsınız. Öz başıma gəldiyi üçün qeyd edirəm, fikir verin adınız qaldığınız bina, tələbə yataqxanası fərq etmir sizə məxsus poçt qutusunun üzərində olsun və ya bəzən bu bina girişində siyahı olur. Gözləməyin kimsə adınızı yazacaq. Götürün qələm ilə kağıza yazıb yapışdırın mütləq. Siz o ünvanda qaldığınızı göstərsəniz də, əgər adınız yoxdursa məktublar geri qayıdacaq və heç bir məktub ala bilməyəəcəksiniz. Bu da sizin sənədləşmə işlərinizə böyük maneə ola bilər.

Recent Posts

See All

Comments


Yuxarıya get

Təşəkkürlər!

Site was made by Murad. Müəllif hüquqları qorunur! ©  2020

bottom of page